Vətəndaş “Katv 1” internet provayderindən narazıdır: “Abunəliyim bitmədən kəsdilər..."
Sosial şəbəkədə “Katv 1” internet provayderi ilə bağlı narazılıq paylaşılıb. Vətəndaş bildirib ki, aylıq abunə müddəti bitmədiyi halda interneti kəsilib.
32gun.az xəbər verir ki, Şikayətçi həmçinin şirkətin əlaqə vasitələrinin işləmədiyini vurğulayıb:
“Saytlarında qoyduqları əlaqələrin heç biri işləmir. WhatsApp nömrəsi qeyd ediblər, amma yazanda deyir belə bir nömrə mövcud deyil. Nə düz-əməlli internet verirlər, nə də müştəri əlaqə saxlaya biləcəyi vasitə qoyublar. Bu necə providerdir, başa düşmək olmur? Müştəri şikayətini necə çatdırsın bəs?” – deyə vətəndaş qeyd edib.
O əlavə edib ki, 127 nömrəli çağrı mərkəzinə dəfələrlə zəng etsə də, 6-7 dəqiqə gözlədikdən sonra zəng öz-özünə kəsilib:
“Konturum da boşuna getdi”, – deyə şikayətçi bildirib.
Ayaz