Nəcabəy Qumaşzadə adlı vətəndaş bildirib ki, yaşadığı əraziyə su verilmirdi və sayğacları da işləmirdi.
32gun.az bildirir ki, onun sözlərinə görə, qaynar xəttə müraciət edildikdə, nümayəndə qeyd apararkən suyun gəlmədiyini sistemdə düzgün qeyd etməyib. Nəticədə vətəndaşlara orta hesabla hər ay borc göndərilib.
Abşeron Su İdarəsinə müraciət edildikdə isə, Mətanət Qumaşzadə bildirir ki, borcu silmək mümkün deyil. O, məsələ ilə bağlı hansı quruma müraciət edə biləcəyini öyrənmək istəyir.
Vətəndaş məsələ ilə bağlı ədalətli və şəffaf həll tələb edir.
Qeyd edək ki, ötən ilin iyun ayında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov əmr imzalayıb. Əmrə əsasən, Zakir Quliyev Regional Su Meliorasiya Xidmətinin rəisi təyin edilib.

Xatırladaq ki, Xatırladaq ki, mediada dəfələrlə ADSEA rəhbərliyində ailə-quda münasibətlərinə əsaslanan idarəçilik modeli barədə yazılar dərc olunub. Agentliyin sədri Zaur Mikayılov, aparat rəhbəri Fuad Quliyev və müşavir statusu daşısa da faktiki qərarverici şəxslərdən biri kimi göstərilən Əsəd Şirinovun adı bu iddialarda xüsusi hallanır.
Bir neçə gün öncə yayımlanan materiallarda ADSEA “qudalar agentliyi” kimi təqdim olunmuş, qurumun yarıtmaz fəaliyyəti nəticəsində sel sularının daşması və ölkədə su qıtlığı ilə bağlı problemlərin artdığı qeyd edilmişdi. İndi isə həmin problemlərlə bağlı elan edilən tenderin qalibinin dövlətə borclu şirkət olması əlavə suallar doğurur.
Ayaz