SOSIAL ÖZ XƏBƏR

MİDA-nın tender qalibi bu şirkət oldu  / 2 milyona yaxın borcla

“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti Yasamal-1 və Hövsan-1 yaşayış komplekslərində təmir işlərinin satınalınması üzrə qalibi açıqlayıb.

32gun.az xəbər verir ki, tenderin qalibi “CMT GROUP” MMC seçilib və şirkətlə 4 milyon 126 min 436 manatlıq müqavilə bağlanacağı gözlənilir.

“32gun.az”ın əldə etdiyi məlumata görə, qalib şirkətin dövlət büdcəsinə qarşı 1 milyon 971 min 43 manat vergi borcu mövcuddur.

Şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır, qanuni təmsilçisi isə Eynar Hacı Vüqar oğludur.
Ayaz 

Oxşar Xəbərlər