SOSIAL ÖZ XƏBƏR

"SEL HOME"da BİABIRÇILIQ: bu dəfə də müştəri şikayətləri ilə gündəmdədir / VİDEO

“SELHOME GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin (SEL HOME mağazalar şəbəkəsi) dövlət büdcəsinə 157 min manat vergi borcu olması barədə xəbərlər vermişdik.

Bu dəfə məşhur mağazalar şəbəkəsi sosial şəbəkələrdə müştəri şikayətləri ilə də gündəmə gəlib.

32gun.az xəbər verir ki, sifariş verilən məhsulların zədələnmiş vəziyyətdə təhvil verilib. yeni məhsulların isə söz verilsə də çatdırılmadığını bildiriblər.

Narazı alıcıların sözlərinə görə, mağaza hətta ödənişin geri qaytarılacağı ilə bağlı məlumat versə də, uzun müddət heç bir cavab təqdim etməyib.

Beləliklə, SEL HOME həm vergilərlə bağlı öhdəliklər, həm də müştəri məmnuniyyəti məsələləri ilə gündəmin müzakirə mövzusuna çevrilib.

Ayaz 

Oxşar Xəbərlər