SOSIAL ÖZ XƏBƏR

Elnur Allahverdiyevin "Kontakt Home"nun növbəti BİABIRÇILIĞI: "Aldığım TV bir gün belə işləmədi"

Sumqayıt şəhəri, 10-ci mikrorayonda yerləşən "Kontakt Home" mağazasından sentyabrın 2-də televizor və kondisioner alan Nuriyə Mustafayeva, mağazanın və servisin xidməti ilə bağlı ciddi narazılıq yaşadığını bildirib.

32gun.az bildirir ki, Müştərinin sözlərinə görə, kondisioner üçün quraşdırılma xidməti almalı idi, amma televizor üçün soruşanda quraşdırma lazım olmadığı deyilib. Məhsullar 5 sentyabrda çatdırılıb, lakin quraşdırma üçün servisdən zəng gəlsə də, ustalar 6 sentyabrda vaxtı alıb gəlməyiblər. 7 sentyabrda gəlsələr də əlavə ödəniş tələb ediblər. Nəticədə Nuriye Mustafayeva məhsulları geri qaytarıb və televiziya məhsulunu əlavə ödənişlə yenidən alıb.

Lakin televizoru qoşduqda ekran işləmir və müştəri dərhal şəkli və məlumatı Kontakt Home qaynar xəttinə göndərib. Sentyabrın 28-də mağaza müştəriyə müraciətinin imtina olunduğunu, təmir xərclərini qarşılamayacaqlarını bildirib. Mağaza iddia edib ki, məhsulu bağlı təhvil alması əsas deyil və televizorun əvvəlcədən xarab olub-olmaması məlum deyil.

Müştəri əlavə olaraq televiziya üçün 80 manat əlavə ödəniş edərək qarantiya da alıb. Şikayətçi xeyli vaxt gözlədiyini və yalnız 22 sentyabrda Antiinhisar orqanına müraciət etdiyini bildirib.

Qeyd edək ki, Kontakt Home mağazalar şəbəkəsinin sahibi olduğu iddia edilən sabiq millət vəkili Elnur Allahverdiyev mətbuatda bir neçə dəfə bu məsələ ilə bağlı açıqlama verib. O, 2020-ci ilin mart ayından etibarən sahibkarlıq fəaliyyətini dayandırdığını bildirsə də, son zamanlar onun yenidən biznes fəaliyyətinə qayıtdığı barədə məlumatlar yayılıb.

Ayaz 

Oxşar Xəbərlər