SOSIAL ÖZ XƏBƏR

"Bytelecom" filialında telefon qiymətində anlaşılmazlıq - müştəri narazı qaldı

Elnur Cabbarov adlı müştəri, Honor 400 Lite model telefon almaq üçün Bytelecom-a zəng etdiyini və 12 aylıq hissələrə bölünmüş ödənişlə 559 manat qiymət təklifi aldığını bildirib.

32gun.az xəbər verir ki, hətta bu qiymət rəsmi saytlarında da eyni şəkildə göstərilib.

Lakin müştəri Azadlıq filialına yaxınlaşanda ona bildirilib ki, hissələrə bölünmüş ödəniş yalnız nağd satış üçün deyil, hissələrə bölünəcəyi halda isə qiymət 699 manat olacaq. Müştəri filialdan razılaşılmış qiymətlə telefonu ala bilməyib və daha sonra zəng etdikdə cavab ala bilməyib.

Elnur Cabbarov  mağaza şəbəkəsindən telefon almağı digər müştərilərə tövsiyə etmədiyini bildirib.
Ayaz 

Oxşar Xəbərlər