Dövlət Vergi Xidmətinin Səyyar vergi yoxlamaları nəticəsində “Gold Plant” Məhdud Məsuliyyətli Cəmiyyəti cərimələnib.
32gun.az xəbər verir ki, şirkətə 2.081,37 AZN əlavə vergi və 1.840,69 AZN maliyyə sanksiyası tətbiq edilib.
Hazırda şirkətin 131.167,9 AZN vergi borcu var.
Şirkətin qanuni təmsilçisi Səmrəl Vəliyev Eldəniz oğlu, nizamnamə kapitalı isə 10 AZN-dir.
Məlumata görə, Baş Prokurorluq ölkədən ixrac olunan kənd təsərrüfatı və tikinti materiallarından əldə edilən milyonlarla manat vəsaitin geri qaytarılmadığını müəyyən edib. Əməliyyat zamanı bir neçə tanınmış şirkət müəyyən olunub və bəzi rəhbərlər beynəlxalq axtarışa verilib. Bu siyahıda adı hallanan şirkətlərdən biri də “Gold Plant” MMC-dir.
Ayaz