Sosial şəbəkələrdə “Dəmir Kargo” şirkəti ilə bağlı narazılıq paylaşımı yayılıb. Kənan Məmməd adlı istifadəçi bildirib ki, şirkətin xidməti əvvəlki kimi keyfiyyətli deyil və bağlamaların çatdırılmasında gecikmələr yaranıb.
32gun.az xəbər verir ki, onun sözlərinə görə, bağlaması artıq üç gündür gömrükdə qalıb, lakin şirkət nə yazılı, nə də telefonla müraciətlərə cavab verir:
“Dəmir Kargo çox bərbad olub, əvvəl normal idi, yaxşı idi, indi heç bağlama 3 gündü gömrükdədir. Yazıram, məlumat da vermirlər, yığıram — növbə 76. Çox bərbad.”
Paylaşım sosial mediada istifadəçilər arasında rezonans doğurub. Bir çox izləyici də oxşar gecikmələr və xidmət problemlərindən şikayətlənib. Şirkət tərəfindən isə hələlik məsələyə münasibət bildirilməyib.
Ayaz