ÖZ XƏBƏR

Azərbaycan Texniki Universitetində 356 min AZN-lik alış-veriş

Azərbaycan Texniki Universiteti, Türkiyə-Azərbaycan Universiteti Enerji Mühəndisliyi ixtisası üçün laboratoriya mallarının satınalınması üzrə qalib şirkəti açıqlayıb.

32gun.az xəbər verir ki, Qalib "BAYRAMLI GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Şirkətin təklif etdiyi qiymət 355.902,16 AZN təşkil edir və müqavilənin yaxın günlərdə bağlanması gözlənilir.

Satınalınma çərçivəsində universitetə laboratoriyada istifadə olunacaq 2 ədəd notebook, 2 ədəd komputer dəsti, 30 ədəd osiloskop üçün sabit daimi lisenziya, 30 ədəd PIC microcontroller development kit, 30 ədəd TTL/CMOS inteqrasiya olunmuş elektron komponentlər, 30 ədəd CADET və FPGA Board, 30 ədəd dalğa forması generatoru, 30 ədəd enerji təchizatı cihazı, 30 ədəd rəqəmsal multimetr və 30 ədəd osiloskop təmin olunacaq.

Bildirək ki, Qalib şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Sevda Süleymanova Kazım qızıdır.

Azərbaycan Texniki Universitetinin rektoru iqtisad elmləri doktoru, professor Vilayət Məmməd oğlu Vəliyevdir.
Ayaz 

Oxşar Xəbərlər