“CityNet-in interneti 12 saatdır işləmir, nə mühəndisləri, nə də SMM-ləri problemi həll edə bilir” / ŞİKAYƏT
Yasamal sakini Suğra Zeynalova “CityNet” internet provayderindən narazılığını bildirib.
32gun.az xəbər verir ki, onun sözlərinə görə, gecə saat 1-dən etibarən internet əlaqəsi kəsilib, lakin şirkətin texniki heyəti artıq 12 saatdır problemi aradan qaldıra bilmir.
Şikayətçi qeyd edir ki, dəfələrlə müraciət etməsinə baxmayaraq, şirkət əməkdaşları problemi həll etməkdə aciz qalıb:
“Gecə saat 1-dən Yasamalda bunların interneti yoxdur! Mühəndisləri də SMM-ləri də o qədər bacarıqsızdır ki, 12 saatdır bir şeyi düzəldə bilmirlər. 500 dəfə şikayət yazıram, hər dəfə eyni sualı verirlər – bu kodla bağlıdır? Ay axmaq, 200 dənə evim yoxdur axı, başqa kod da verməmişəm.”
Suğra Zeynalova şirkətin müştəri xidmətlərindən və texniki komandasından ciddi narazılığını ifadə edib:
“Hər dəfə soruşub vaxt qazanırlar guya. Mühəndisləri də sanki baytarlıq oxuyub! 12 saatdan çox bir problemi həll edə bilmirsənsə, get mal otar!”
Ayaz