DÜNYA ÖZ XƏBƏR

Hollandiyada sağçı partiyanın lideri seçki kampaniyasını dayandırıb

Niderlandın ekstremist sağçı Azadlıq Partiyasının lideri Gert Vilders şəxsi təhlükəsizliyinə potensial təhdid məlumatı səbəbindən bütün seçkiqabağı tədbirlərini müvəqqəti dayandırıb.

32gun.az xəbər verir ki, bu barədə NU.nl portalı məlumat yayıb.

Vilders sosial şəbəkədəki hesabında bildirib ki, Niderlandın Terrorizm və Təhlükəsizlik üzrə Milli Koordinatoru (NCTV) onu Belçika Baş Nazirinə qarşı hücum hazırlığı ilə bağlı saxlanılmış terrorçu şəbəkəsinin hədəfləri siyahısına daxil edib. Həbs olunan şəxslərdən sonra NCTV əlavə yeni təhdidlərin olmadığını bildirsa da, Vilders istintaq başa çatana qədər ictimai çıxışlardan çəkilmək qərarına gəlib.

NU.nl portalının məlumatına görə, Vilders digər partiyaların liderləri ilə debatlarda iştirak etməyi planlaşdırırdı. Təşkilatçılar ona məsafədən iştirak variantı təklif etsələr də, Azadlıq Partiyası bunu qəbuledilməz sayıb.

Niderlandın icraçı ədliyyə naziri Fört van Osten bildirib ki, hakimiyyət orqanları siyasətçilərin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görəcək və “siyasətçilər təhdid səbəbindən işlərini dayandırmamalıdırlar”. O, NCTV-yə Vildersin qorunması üçün bütün zəruri tədbirləri görmək tapşırığı verib.

Ayaz 

Oxşar Xəbərlər