Sankt-Peterburqda 30 milyon rubl mənimsəmədə ittiham olunan şirkət rəhbəri həbs edilib
Sankt-Peterburqda “İnfosmit” Tikinti Materialları və Texnologiyaları Mərkəzinin (CSMiT) baş direktoru Konstantin Dmitriyev barəsində cinayət işi başlanılıb.
32gun.az bildirir ki, bu barədə TASS agentliyi istintaq materiallarına istinadən məlumat yayıb.
Məlumata görə, Dmitriyev “Elmi-Texniki Sahədə Kiçik Müəssisələrin İnkişafına Yardım Fondu”ndan (FGBU) biznesin inkişafı üçün ayrılmış 30 milyon rubl qrant vəsaitini mənimsəməkdə ittiham olunur.
İstintaqın gəldiyi nəticəyə əsasən, 2023-cü ilin yanvarından 2024-cü ilin dekabrına qədər Dmitriyev bir qrup naməlum şəxslə əlbir olaraq dövlət proqramı çərçivəsində ayrılmış büdcə vəsaitlərini dələduzluq yolu ilə mənimsəyib. O, rəhbərlik etdiyi şirkət adından FGBU ilə 30 milyon rubl məbləğində qrant müqaviləsi imzalayıb.
Qeyd edək ki, bundan əvvəl Krasnodar diyarında Kırım rayonunun rəhbəri Sergey Les də dövlət torpaqlarını 2 milyard rubl dəyərində mənimsəməkdə şübhəli bilinərək noyabrın 29-dək həbs edilmişdi. İstintaqın məlumatına görə, o, tabeliyində olan əməkdaşa torpaq sahələrinin satışını hərracsız və bazar qiymətindən aşağı dəyərlə həyata keçirmək barədə göstəriş verib.
Ayaz