Kucədə qadınla tanış olmaq istəyən kişi döyülərək xəstəxanalıq oldu / Bu ölkədə
Rusiyanın Tümen şəhərində bir kişi küçədə qadınla tanış olmağa cəhd etdikdən sonra ağır xəsarətlər alıb.
32gun.az xəbər verir ki, bu barədə vilayət üzrə Daxili İşlər İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 39 yaşlı kişi baş-beyin travması və bədən xəsarətləri ilə şəhər xəstəxanasına müraciət edib. O, polisə ifadəsində bildirib ki, küçədə bir qızla tanış olmaq istəyib, lakin qadının yanında olan gənc onun bu hərəkətinə aqressiv reaksiya verib.
Hadisə zamanı gənc kişi zərərçəkəni döyərək onun üz və bədən nahiyəsinə bir neçə zərbə endirib. Nəticədə qadınla tanış olmaq istəyən şəxs xəstəxanaya yerləşdirilib.
Polis hadisə ilə bağlı 21 yaşlı tümen sakininin saxlanıldığını, lakin sonradan onu istintaqa gəlmək öhdəliyi ilə azad etdiyini bildirib. Onun barəsində qəsdən ağır bədən xəsarəti yetirmə maddəsi ilə cinayət işi başlanıb. Təqsirləndirilən şəxs 8 ilədək azadlıqdan məhrum edilə bilər.
Ayaz