SOSIAL ÖZ XƏBƏR

Üç güllə yarası alsa da döyüşü dayandırmayan qəhrəman – şəhid Rəsul Qazımətovun bu fotosu

Sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi Rəsul Qazımətovun fotosu paylaşılıb.

32gun.az xəbər verir ki, Bu gün sosial şəbəkələrdə vətənpərvər gəncin xatirəsi ehtiramla anılır, onun qəhrəmanlığı minlərlə insanın qəlbini sızladıb.

Paylaşımda qeyd olunur ki, üç güllə yarası almasına baxmayaraq döyüşü dayandırmayan, dördüncü güllə yarasından şəhid olan qəhrəman döyüşçünün anım günüdür.

Məlumata görə, Rəsul Qazımətov (2001–2020) Hadrut uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. Oktyabrın 14-də üç güllə yarası alsa da, mövqeyini tərk etməyərək döyüşməyə davam edib. Lakin dördüncü güllənin başına dəyməsi nəticəsində şəhid olub.

Onun nəşi bir həftə neytral zonada qaldıqdan sonra oktyabrın 21-də Qusar rayonunda dəfn olunub.

Milliyyətcə ləzgi olan Rəsul Qazımətov göstərdiyi igidliyə görə “Vətən uğrunda”“Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Ayaz

Oxşar Xəbərlər