Macarıstanın xarici işlər naziri Peter Siyyarto ABŞ Dövlət Departamentinə gələrək dövlət katibi Marko Rubio ilə danışıqlar aparır.
32gun.az xari mətbuata istinadən xəbər verir ki, əbər verir ki, Siyyartonun avtomobili yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə 22:00) Dövlət Departamentinin binasına çatıb.
Görüş ərəfəsində Siyyarto bildirmişdi ki, Macarıstan ABŞ-ın “Westinghouse” enerji şirkəti ilə danışıqlara başlayır. Məqsəd — Rusiya yanacağı ilə yanaşı, həmin şirkətin nüvə yanacağından da ölkənin atom elektrik stansiyalarında istifadə etməkdir. Nazir vurğulayıb ki, bu təşəbbüs Macarıstanın nüvə enerji potensialını artırmağa yönəlib və bunun üçün əlavə yanacaq ehtiyatı tələb olunur.
Xatırladaq ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp 16 oktyabrda baş tutan telefon danışığı zamanı Macarıstan paytaxtı Budapeştdə görüş keçirmək barədə razılığa gəliblər. Bunun ardınca Peter Siyyarto ümid etdiyini bildirib ki, Rusiya liderinin uçuş marşrutu üzərində yerləşən Avropa ölkələri onun hava məkanından keçidinə icazə verəcəklər.
Ayaz