Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi təhlükə və digər xarakterli bildiriş işləri və atributların satın alınması üzrə tender elan edib.
32gun.az xəbər verir ki, Ehtimal olunan qiymət 796.882,32 AZN təşkil edir.
Tender çərçivəsində FHN gerbləri və dövlət gerbləri 60x60 ölçüdə, 5mm orqsteklo üzəri rəngli 2.5mm orqsteklo ilə, müxtəlif ölçülü vinil setkalı FHN gerbləri, 1,60x70 və 1,00x60 ölçülü FHN və Azərbaycan bayraqları, həmçinin müxtəlif diametrlərdə yapışqanlı vinil UV çaplı gerblər alınacaq. Bundan əlavə, nümayəndə heyətinin rəhbəri üçün FHN 20 illiyi üçün loqolu hədiyyə dəstləri (qələm, USB 64GB, termus, qeyd blaknot A5, powerbank 10000 mAh) və eni 15 sm, hündürlüyü 23 sm olan qalın sınmayan şüşədən plaketlər də təmin ediləcək.
Satınalma FHN-nin tədbir və rəsmi atribut ehtiyaclarını tam təmin edəcək.
Xatırladaq ki, 2023-cü ilin sentyabr ayında general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsinin rəisi postuna Elnar İmanov təyin edilib.
Ayaz