SOSIAL ÖZ XƏBƏR

“Qaya Qala” MTK-nin 1,3 milyon manatlıq vergi borcu üzə çıxıb / FOTO

“Qaya Qala” Mənzil-Tikinti Kooperativinin dövlət büdcəsinə külli miqdarda vergi borcu yaranıb.

32gun.az xəbər verir ki, kooperativin borcu 1.321.767,18 manat təşkil edir.

“Qaya Qala” kooperativi Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 58, mənzil 53 ünvanında yerləşir.

Məlumatlara görə, müəssisə ilkin olaraq “Qaya Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi 2017-ci il sentyabrın 22-də dövlət qeydiyyatına alınıb. Daha sonra 2023-cü il iyulun 13-də təşkilati-hüquqi forması dəyişdirilərək Mənzil-Tikinti Kooperativi (MTK) kimi fəaliyyətini davam etdirib. Şirkətin nizamnamə kapitalı 50 manat göstərilib.

İlk qanuni təmsilçisi Cavadov Sahib Novruz oğlu olub. Hazırda Rahim Tağıyev Mərdan oğlu kooperativin qanuni təmsilçisi kimi çıxış edir. Qeydiyyat məlumatlarında həmçinin Cəfərova Ülviyyə Carullah qızının da əvvəlki qanuni təmsilçilər sırasında olduğu göstərilib.

Ayaz

Oxşar Xəbərlər