DÜNYA ÖZ XƏBƏR

Metroda 14 yaşlı qıza qarşı əxlaqsızlıq - Sankt-Peterburqda

Sankt-Peterburqda metroda 14 yaşlı qıza qarşı cinsi xarakterli zorakı hərəkətlər etməkdə ittiham olunan 29 yaşlı miqrant barəsində həbs-qətimkan tədbiri seçilib.

32gun.az xəbər verir ki, bu barədə şəhər məhkəmələrinin birləşmiş mətbuat xidməti məlumat yayıb.

Kuybışev Rayon Məhkəməsinin qərarına əsasən, o, Rusiya Cinayət Məcəlləsinin 132-ci maddəsinin 3-cü hissəsinin “a” bəndi ilə təqsirləndirilir və 21 dekabradək istintaq müddətində həbsdə saxlanılacaq.

İstintaqın məlumatına görə, hadisə metroda “Qostinıy dvor” və “Mayakovskaya” stansiyaları arasında baş verib. Şübhəli, sıxlıqdan istifadə edərək, azyaşlıya qarşı cinsi xarakterli zorakı hərəkət edib. Qızın anası dərhal hüquq-mühafizə orqanlarına müraciət edib və bundan sonra kişi saxlanılıb.

İstintaq davam edir.

Nilay

Oxşar Xəbərlər