ÖZ XƏBƏR
İcra başçısı Vidadi İsayevin bu nümayəndəsi 1 milyon manatı görün nəyə xərcləmək istəyirmiş
Bərdədə abadlıq işləri ilə bağlı tender ləğv edildi
Bərdə Rayon İcra Hakimiyyəti başçısının Şəhər nümayəndəliyi tərəfindən elan edilən abadlıq işlərinin satınalınması ilə bağlı tender ləğv edilib.
32gun.az xəbər verir ki, Satınalmanın ehtimal olunan dəyəri 909.684,42 manat təşkil edirdi.
Tender Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarına əsasən ləğv edilib.
Xatırladaq ki, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, şəhər üzrə nümayəndə isə Əli Fərzəliyevdir.
Nilay