ÖZ XƏBƏR
“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” avadanlıq və proqram təminatı alacaq
Azərbaycan Respublikası “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsi, fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə avadanlıq və proqram təminatının alınması üzrə açıq tender elan edib.
32gun.az xəbər verir ki,tender çərçivəsində mövcud lisenziyaların və proqram təminatlarının müddətinin uzadılması, yenilərinin alınması, eləcə də yeni avadanlıqların təmin edilməsi planlaşdırılır.
Ehtimal olunan dəyər 2.717.925,86 AZN səviyyəsində qiymətləndirilir.
Ayaz