ÖZ XƏBƏR
Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalında tender baş tutmadı
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təsərrüfat hesablı Mərkəzi Hospitalı tərəfindən keçirilən bakterioloji reaktivlərin satınalması üzrə tender baş tutmayıb.
32gun.az xəbər verir ki, tenderdə iştirak üçün təklif təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğuna görə, Tender komissiyası satınalmanı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən baş tutmamış hesab edib.
Tenderin ehtimal olunan dəyəri 130.773,80 AZN təşkil edib.