ÖZ XƏBƏR

FHN Xəzər Hövzə Qəza Xilasetmə Xidməti tenderi baş tutmadı: iştirakçı sayı çatmadı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza Xilasetmə Xidməti tərəfindən qaldırıcı kranla yük qaldırma əməliyyatları üçün təlim və sertifikatlaşdırma xidmətinin satın alınması üzrə açıq tender baş tutmayıb.

 32gun.az xəbər verir ki, tenderdə iştirak üçün təklif təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğu üçün, satınalma “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1.1-ci maddəsinə əsasən ləğv edilib.

Tenderin ehtimal olunan dəyəri 3.398,40 AZN təşkil edib.

Ayaz

Oxşar Xəbərlər