DÜNYA
Makron kosmosda müharibəyə hazırlaşır
"Fransa önümüzdəki illərdə kosmosda müdafiə xərclərini artıraraq əlavə 4,2 milyard avro ayıracaq".
"32gun.az" xəbər verir ki, bunu Fransa lideri Emmanuel Makron Tuluza Aerokosmik Mərkəzində bildirib.
Makronun sözlərinə görə, müasir konfliktlər artıq kosmosda mübarizə aparır və “sabah müharibə burada başlayacaq”.
"Kosmos artıq sığınacaq deyil: o, döyüş meydanına çevrilib", - Makron qeyd edib.
Fransa lideri iddia edib ki, Ukrayna ilə müharibə başlayandan bəri Rusiya kosmosda “casusluq” fəaliyyəti həyata keçirir, fransız peyklərini izləyir və kosmosda nüvə silahının yerləşdirilməsi imkanlarını müzakirə edir, bunun “nəticələri bütün dünya üçün fəlakətli olacaq”.