DÜNYA
Rusiyada qırıcı qəzaya uğradı - Ölənlər var
Kareliyanın Petrozavodsk şəhəri yaxınlığında qırıcı təyyarə qəzaya uğrayıb.
"32gun.az" xəbər verir ki, qəzaya düşən qırıcının Su-27 və ya Su-30 olduğu bildirilir. Hadisə şəhər hava limanının yaxınlığında baş verib; qırıcı təyyarə meşəlik əraziyə düşüb.
İki ekipaj üzvünün öldüyü bildirilir.
Faciə yerinə təcili yardım xidmətləri göndərilib.