ÖZ XƏBƏR

Sumqayıt Tibb Mərkəzində texniki xidmət və təmir işlərinin satınalması dayandırıldı

"Sumqayıt Tibb Mərkəzi" Publik Hüquqi Şəxsi tərəfindən qazanxana, isitmə-soyutma sistemi, kondisioner və generatorlara servis baxım xidməti, əsaslı və cari təmir işlərinin satın alınması üzrə elan edilmiş müsabiqə ləğv edilib.

32gun.az xəbər verir ki,  ləğv edilmə səbəbi, qanunvericiliyə əsasən iştirak etmək üçün tələb olunan təchizatçıların sayının minimumdan az olmasıdır. Azərbaycan Respublikasının Qanununun 36.1.1-ci maddəsinə görə, yetər say olmadığı üçün müsabiqənin tamamlanması mümkün olmayıb.

Ehtimal olunan qiymət 117.035,25 AZN təşkil edirdi.

Ayaz

Oxşar Xəbərlər