ÖZ XƏBƏR

Bakı Metropolitenində “M” tipli qapıların təmiri üzrə satınalma ləğv edilib

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti “Nəsimi”, “Ulduz”, “Koroğlu”, “Memar Əcəmi” və “Həzi Aslanov” stansiyalarında sıradan çıxmış “M” tipli qapıların demontaj və montaj işlərinin satın alınması üçün elan edilmiş müsabiqəni ləğv edib.

32gun.az xəbər verir ki,  ləğv edilmə səbəbi, satınalmada iştirak etmək üçün təklifi və tələb olunan lisenziya və ya icazəyə malik təchizatçıların sayının üçdən az olmasıdır.

Ehtimal olunan qiymət 296.687,78 AZN təşkil edirdi.

Ayaz

Oxşar Xəbərlər