ÖZ XƏBƏR
“Sert Yapı” MMC-nin vergi borcu üzə çıxıb
“SERT YAPI” Məhdud Məsuliyyətli Cəmiyyəti vergi borcu üzə çıxıb.
32gun.az xəbər verir ki, şirkətin borcu 122.876,81 AZN təşkil edir.
MMC Bakı şəhəri, Binəqədi rayonu, İsrafil Həşimov 6 mikrorayon, ev 4A, mənzil 105 ünvanında fəaliyyət göstərir. Şirkətin qanuni təmsilçisi və direktoru Qazaxıstan əsilli Canat Bilgendir.
Qeyd olunur ki, “Sert Yapı” tikinti materiallarının topdan satışı ilə məşğuldur və nizamnamə kapitalı 200 manatdır.
Ayaz