ÖZ XƏBƏR

Enerji Agentliyinin avadanlıq satınalması müsabiqəsi tələblərə uyğun iştirakçı çatışmazlığı səbəbilə ləğv edildi

"Enerji Məsələlərini Tənzimləmə Agentliyi" (EMTA) tərəfindən şəbəkə və infrastruktur avadanlıqlarının satın alınması üçün elan edilmiş tender ləğv edilib.

32gun.az xəbər verir ki, müsabiqənin dayandırılmasına səbəb satınalmada iştirak etmək üçün tələb olunan sənədləri – təklif və təklif təminatını təqdim etmiş, eləcə də müvafiq lisenziya və icazələrə sahib təchizatçıların sayının üçdən az olmasıdır. Qanunvericiliyin 36.1.1-ci maddəsinə əsasən bu hal tenderin keçirilməsinə imkan vermir.

Bundan əlavə, “Dövlət satınalmaları haqqında” Qanunun 36-cı maddəsinə uyğun olaraq, nəzarət orqanı tərəfindən satınalma komissiyasının yekun protokolunun təsdiq edilməməsi və ya satınalmanın ləğvi ilə bağlı qərar olduğu halda müsabiqə dayandırılır.

Qeyd edək ki, satınalmanın ehtimal olunan dəyəri 15 min 416 manat 35 qəpik olaraq müəyyən edilmişdi.

Ayaz

Oxşar Xəbərlər