Həbs olunan generalın vəzifəsini icra edən Kənan Aşurlu şokolad satan şirkətdən 5000 ədəd gül aldı
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi “Z Construction Materials” MMC ilə 11.505 manat məbləğində müqavilə imzalayıb.
32gun.az xəbər verir ki, Müqavilə çərçivəsində 5 min ədəd təbii, 70 sm uzunluğunda, buton ölçüsü 6 sm-dən böyük qızılgülün satın alınması nəzərdə tutulur. Qalib şirkətin nizamnamə kapitalının cəmi 10 manat olması və qanuni təmsilçisinin Misirxan İmanov İsmail oğlu olduğu bildirilir.
Qeyd edilir ki, bir müddət əvvəl “Azərterminalkompleks” Birliyinin direktoru, general-mayor Kənan Aşurlu tərəfindən müvafiq əmr imzalanıb, daha sonra isə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun 8 iyul 2025-ci il tarixli əmri ilə Birliyin Struktur və Ştat Cədvəli yenilənib və əvvəlki struktura daxil olan bir çox gömrük əməkdaşı vəzifələrindən azad edilib.
Məlumata görə, “Z Construction Materials” MMC bu ilin yanvar ayında Dövlət Neft Fonduna tədbirlərin təşkili üçün çay, qəhvə, 150 kiloqram şokolad və içməli su tədarükü də həyata keçirib.
Xatırladaq ki, DGK yanında “Azərterminalkompleks” Birliyinin sabiq direktoru Ehtiram Xəlilov 2023-cü ildə Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılmışdı.
Ayaz