ÖZ XƏBƏR
Bakı Metropoliteni çevik avtomatik açarların satınalmasını həyata keçirir
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti çevik avtomatik açarların (VAB-206) satın alınması üzrə tender elan edib.
32gun.az xəbər verir ki, , tenderin qalibi “Sofcon Group S.R.O”-nun Azərbaycan Respublikasındakı filialı seçilib. Qalib şirkətlə 223.173,4 AZN dəyərində müqavilə bağlanacağı gözlənilir.
Tender çərçivəsində 10 ədəd çevik avtomatik açar (VAB-206) alınacaq. Satınalma prosesi Bakı Metropoliteninin avadanlıqlarının modernləşdirilməsi və texniki təhlükəsizliyin artırılması məqsədini daşıyır.
Qeyd edək ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Vüsal Aslanovdur.
Ayaz