Xalq və Lider Birliyi: Azərbaycanın Zəfərinin Əbədi Təməli (TARİXİN FOTOLARI)
Lider və xalq münasibəti, ölkəmizin siyasi və sosial tarixinə ən mühüm izləri qoyubdur. Müxtəlif dövrlərdə üzləşdiyimiz çətinliklər, daxili və xarici təhdidlər qarşısında vətənpərvərlik və birliyimizin bərqərar olması üçün zəruri xətt olub.
Bu kontekstdə xalqla lider arasındakı münasibətlər milli kimliyin formalaşmasında və inkişafında, Azərbaycanın müstəqillik və suverenlik dəyərlərinin qorunmasında əsas amil kimi ön plana çıxır.
Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə yaranan xalqla prezident arasındakı birlik ölkənin xilasında və yeni bir dövrə qədəm qoymasında fundamental hadisəyə çevrilmişdir. Onun iradəsi və dövlətçilik ruhu Vətənə sonsuz sevgi və sədaqət ənənəsini quran və xalqı çətin sınaqlardan keçirən bir lider kimi qəbul edilmişdir.

Heydər Əliyevin dövlətçilik üzrə strateji qərarları və milli maraqların qorunmasına yönəlmiş fəaliyyətləri, vətənpərvər insanların onu xilaskar kimi qarşılamasına səbəb olmuşdur. Bu münasibət, xalq-Prezident birliyinin ruhunu və iradəsini formalaşdırır, onun dərin köklər salmasına şərait yaradır.
.jpg)
Xilaskar Missiya: Ulu Öndər Heydər Əliyev və inamın qaynağı
Azərbaycan Respublikasının müstəqilliyinin ilk illəri xaotik idi. Dövlətçilik böhranı separatizm təhlükəsi ilə iqtisadi uçurum ölkəni parçalamaq üzrə idi. Məhz bu ərəfədə xalqın təkidli tələbi ilə siyasi arenaya qayıdan Ümummilli Lider Heydər Əliyev xilaskar missiyasını öz üzərinə götürdü. Şəkillərdə Heydər Əliyevin sadə insanlarla fəhlələrlə yaşlılarla gənclərlə təmasda olduğu anlar onun xalqdan gələn səmimi salamları qəbul etməsi aydın görünür. Bu şəffaf idarəçiliyin xalqla təmasın hər bir vətəndaşın qayğısına qalmağın simvolu idi.

Xalq Heydər Əliyevi özünə tək ümid yeri yeganə xilaskar olaraq seçdi ona tam güvəndi. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə bu qarşılıqlı inam əsas strateji resurs oldu. Onun müəyyən etdiyi inkişaf kursu azərbaycançılıq ideologiyası müasir dövlətçilik konsepsiyası ölkənin bugünkü Zəfərinin təməlini qoydu.

"Xalqımız üçün qürur hissini yaradan, iftixar hissini verən odur ki, o, artıq azad yaşayır, öz taleyinin sahibidir və Azərbaycan xalqının dünya xalqları içərisində imzası var.
- Mənim ən böyük qüvvəm, gücüm, ən böyük silahım xalqın mənə göstərdiyi etimaddır, etibardır və xalqın dayağıdır.
Bizim müstəqilliyimizin bu günü və gələcəyi Azərbaycan xalqının birliyindən, Azərbaycan xalqının həmrəyliyindən, Azərbaycan xalqının öz müstəqilliyini qorumaq əzmindən asılıdır" - bu fikirlərin müəllifi də ulu öndərdir.

Liderlik Estafeti: İlham Əliyev – Xalqın Qüruru və güvəni
Azərbaycan torpaqlarını işğaldan azad edən, dünyada separatizm ocağının birini söndürməklə bütövlükdə separatizm siyasətinə kökündən zərbə vuran cənab İlham Əliyev Heydər Əliyev yolu ilə irəlilədi.
2003-cü ildə cənab İlham Əliyevə səs verən xalq əslində və məhz elə Heydər Əliyev ideallarına səs verdi. Bu gün Azərbaycan tamamilə yeni bir inkişaf dövrünə qədəm qoyub. Bu yolda dövlət başçımız asan olmayan çağırışlarla, çətinliklərlə üz-üzə gəlsə də, kürəyini hər zaman xalqına söykəyib. Xalq da hər zaman Liderimizin arxasında möhkəm dayanıb, ətrafında ətdən sipər hörüb.
Ulu Öndərin siyasi varisi, Prezident İlham Əliyev xalq-lider birliyini keyfiyyətcə yeni zirvəyə qaldırdı. O, Heydər Əliyev siyasətini müasir çağırışlara uyğun şəkildə inkişaf etdirərək Azərbaycanın həm iqtisadi, həm də hərbi qüdrətini sürətlə artırdı.

Təqdim olunan fotolarda Prezident İlham Əliyevin fəal ictimai həyat tərzi, həm gənc nəslə, həm də ölkənin ağsaqqal və ağbirçəklərinə göstərdiyi hörmət və diqqət öz əksini tapır. Həmin şəkillərdəki izdiham xalqın Liderinə olan sonsuz inamının onun qətiyyətli siyasətini birmənalı şəkildə dəstəkləməsinin vizual sübutudur.
Bu birliyin ən yüksək təzahürü 2020-ci ilin 44 günlük Vətən Müharibəsində yaşandı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi Zəfər qazanarkən arxa cəbhədə xalq “Dəmir Yumruq” ətrafında həqiqi mənada yumruq kimi birləşdi. Həmin dövrdə Prezidentin hər bir çıxışı, hər bir qərarı xalq tərəfindən misilsiz dəstəklə qarşılandı.
Xüsusilə Vətən Müharibəsindən sonra cəbhə bölgələrini ziyarət edən Ali Baş Komandanın əsgərlərlə birgə Zəfər sevincini yaşaması bu birliyin ən ali nümunəsidir. Əsgərin Vətən sevgisi Xalqa bağlılığı və Liderə güvəni - bax, bu Qələbənin əsas düsturu idi. Bu şəkil təkcə hərbçilərin deyil bütün xalqın qələbə əzmini birliyini və liderə olan inamını əks etdirir.
Prezident İ.Əliyev çıxışlarında hər zaman xalqa güvəndiyini və xalqdan güc aldığını bəyan edir.
Xalqımız öz Prezidenti ətrafında birləşib və ona dəstək verir. Bu siyasətin çox dərin kökü, əsası var. Bu siyasət Azərbaycanı daha da uğurlara aparır. Xalqımız bütün qələbələrini bu birliyə, həmrəyliyə borcludur.
İşğaldan azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıtması Prezidentin xalqa verdiyi əsas vədlərdən biridir və bu proses sürətlə həyata keçirilir.
Hər iki lider xalqın rifahı və dövlətçiliyin davamı üçün mübarizə aparmışdır; bu mübarizədə xalqın dəstəyini əldə etmişdir! Gərgin, mənən ağır vaxtlarda 44 günlük müharibədə; Vətən üçün bir bütün olmuş; Vətənpərvərlər kəsim ümumiyyətlə XALQ-LİDER anlayışını ən yüksək səviyyəyə çıxarmışdır! Bu dövrdən fotolarla simvolik görüntülər Xalqın Vətən üçün yumruq kimi birləşməsinin gücünü; Birliyinin sarsılmazlığını nümayiş etdirir!
Bütün bu hadisələr və proseslər, xalq və lider münasibətinin nə qədər dərin və qarşılıqlı güvənə əsaslandığını göstərir. Bu güvən, ölkənin inkişafı və müstəqilliyini qorumaq istiqamətində atılan hər bir addımda öz əksini tapmışdır və bundan sonra da davam edəcəkdən ümid var. Beləliklə, xalq və lider birliyi, Azərbaycanın vətənpərvər və güclü dövlət kimi mövcudluğunun ən etibarlı zəmini hesab olunur.
Hətta bildiyiniz kimi,Prezident İlham Əliyevin 12 noyabr 2025-ci il tarixli çıxışı, Naxçıvana yeni səlahiyyətli nümayəndə və bir neçə rayon icra hakimiyyəti başçısının təyinatı ilə bağlı görüşdə səslənmişdi. Bu çıxış, dövlət idarəçiliyində şəffaflığı, sosial ədaləti və xalqa xidməti təməl prinsiplər kimi önə çəkən yeni bir mərhələnin yol xəritəsi kimi çıxış etmişdi.
Prezidentin idarəçilik fəlsəfəsinin özəyi birmənalıdır: Hər bir rəhbər xalqa xidməti özünün başlıca vəzifəsi hesab etməlidir. Cənab Əliyev, yeni təyin olunan şəxslərə xatırlatmışdı ki, "xalqla birgə olmaq və onlara yaxınlığı qorumaq" effektiv idarəetmənin əsas şərtidir. Bu yanaşma, Prezidentin uzun illərdir formalaşdırdığı və dövlət orqanları ilə vətəndaşlar arasında etimad körpüsünü gücləndirən "xalq dövləti" konsepsiyasının praktik təsdiqidir.
O, məmur davranışına da xüsusi diqqət yetirdi. Dövlət qulluqçularının təkəbbürdən, lovğalıqdan uzaq olmasını və təvazökarlığı rəhbər tutmasını qətiyyətlə tələb etdi: "Məmur özünü xalqdan üstün hesab etməməlidir" prinsipi, cəmiyyətə xidmətin təşkilində əsas meyarlardan biri kimi vurğulandı.

Həmçinin bir media üzvü olaraq vurğulamalıyam ki, Azərbaycan Prezidenti, xalqı ilə bərabər irəlilədiyi bu yolda ən böyük silahdaşı Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini hər zaman əməli qaydada görüb. Ölkənin bütün sahələrində davamlı qaydada həyata keçirilən ishlahatlarda vitse-prezidentlik institunun gözlə görünən əməyi mövcuddur. Təhsil, səhiyyə, turizm, mədəniyyət və milli dəyərlərimizin qorunmasını təmin etmək məqsədilə Hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu yalnız Azərbaycanda deyil, həmçinin dünya səviyyəsində bir sıra mühüm layihələr həyata keçirir.
Onun təşəbbüsləri sayəsində Azərbaycanın tarixi abidələri bərpa edilir, milli mədəniyyətimiz qorunur və beynəlxalq səviyyədə təbliğ olunur. Mehriban xanımın apardığı bu işlər Azərbaycanın tolerantlıq və humanizm dəyərlərini dünyaya nümayiş etdirir.
Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində ölkəmiz işğaldan azad edilmiş torpaqlarımızda böyük quruculuq və bərpa işləri aparır. Qarabağ və Şərqi Zəngəzurda müasir şəhərlər salınır, yeni infrastruktur qurulur, tariximizin və mədəniyyətimizin izləri yenidən dirçəlir. Bu quruculuq həm də Azərbaycanın güclü, qüdrətli və yenilməz bir dövlət olduğunu sübut edir.
Prezident İlham Əliyevin bu sözlərini xatırlatmaq yerinə düşər: "Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm".

Xalqın yumruq kimi birləşməsi: fotolarda görünən müdrik güc, qətiyyət və iradənin simvolu
Xalqın yumruq kimi birləşməsi, onun müdrik gücünü, qətiyyətini və iradəsini ifadə edən ən təsirli simvoldur. Fotolarda görünən birlik və qətiyyət, vətənpərvərlik ruhunun və milli qürurun əbədi təcəssümüdür. Bu güc, xalqın ümumi məqsədlər uğrunda bir araya gələrək, qaçılmaz çətinliklərə və sınaqlara qarşı duruşunu nümayiş etdirir. Çoxsaylı fotolar, xalqın ruhunu və azadlıq eşqini əks etdirən sənədlər kimi, onun müdrik düşüncəsini və iradəsinin sarsılmazlığını vurğulayır. Bu, sadəcə fərdlərdən ibarət olmayan, kollektivin vəzifələrini və məqsədlərini özündə cəmləşdirən, bir bütövlükdə Azərbaycanın milli iradəsini təşviq edən gücdür. Hər bir yumruq, xalqın birlik və qürur simvolu olaraq, ümumi taleyin və müstəqilliyin təmin olunmasında bir güzgüdür. Bütün bu görüntülər, müstəqil və zəngin Azərbaycan dövlətinin quruculuğunda xalqın rolu və onun iradəsinin əksidir. Bu simvollar vasitəsilə vurğulanır ki, yalnız birlik güc gətirər və hər bir vətəndaşın öz vətəninə inamı və qətiyyəti, ümumi məqsəd uğrunda mübarizənin təməlidir. Beləliklə, xalqın yumruq kimi birləşməsi, qətiyyət və iradənin nümayişi olaraq, milli ruhu və gücünün əks-sədasıdır və hər zaman Azərbaycan Xalqının ən güclü dayağı olmuşdur.
Əlbəttə Azərbaycan xalqı bu birliyini, həmrəyliyini hər zaman qoruyacaq, irəliyə inamla addımlayacaq, öz uğurlarını daha da artıracaq Çünki xalqımız cənab Prezident İlham Əliyevlə hörmətli Birinci xanımımız Mehriban Əliyevanın fəaliyyətini son dərəcə yüksək dəyərləndirir. Xalq öz Liderinə güvənir, inanır.
Aygün İlqarqızı / 32gun.az Xəbər Portalının baş redaktoru
.