ÖZ XƏBƏR

Quba Mərkəzi Xəstəxanasının 94 minlik mühafizə tenderi ləğv edildi – səbəb

Quba Rayon Mərkəzi Xəstəxanası “mühafizə xərclərinin satınalınması” üzrə keçirdiyi tender müsabiqəsini ləğv edib.

32gun.az xəbər verir ki, ləğvin səbəbi kimi təklif və təminat təqdim edən, həmçinin tələb olunan müvafiq lisenziyaya malik təchizatçıların sayının üçdən az olması göstərilib.

Rəsmi açıqlamaya görə, iştirakçı çatışmazlığı səbəbindən müsabiqənin tamamlanması mümkün olmayıb.

Satınalmanın ehtimal olunan dəyəri 94.000,03 AZN idi və müqavilə xəstəxana binəsinin 12 ay boyunca, 2 post üzrə 24 saat mühafizə olunmasını nəzərdə tuturdu.

Ayaz

Oxşar Xəbərlər