ÖZ XƏBƏR

Ulu Öndər Heydər Əliyevin Tarixi Neftçala Səfəri

Ümummilli Lider Heydər Əliyevin Neftçalaya ilk tarixi səfəri 1979-cu il mayın 30-da baş tutmuşdur.

32gun.az xəbər verir ki, bu səfər çərçivəsində Ulu Öndər rayonun müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olmuş, həmçinin Neftçala şəhəri, Bankə qəsəbəsi, Qaraqaşlı, Aşağı Surra, Aşağı Qaramanlı və Boyat kəndlərinin sakinləri ilə geniş və səmimi görüşlər keçirmişdir.

Xalqın sevgisi o dövrdə də Ulu Öndərin hər addımında özünü büruzə verir, bu da təqdim edilən arxiv fotolarında aydın şəkildə əks olunur. Bu səfər Neftçala rayonunun sosial-iqtisadi inkişafında mühüm rol oynamışdır.
Nilay 

Oxşar Xəbərlər