ÖZ XƏBƏR

"“Trendyol"dan sifariş etdik, məhsul yarımçıq gəldi” – vətəndaşdan ciddi iddia

Trendyol üzərindən edilən sifarişlərlə bağlı növbəti narazılıq gündəmə gəlib. Sosial şəbəkə istifadəçisi Rauf Bağırov etdiyi paylaşımda bildirib ki, sifariş etdiyi məhsullar tam şəkildə ona çatdırılmayıb.
Onun sözlərinə görə, Trendyoldan sifariş etdiyi 3 ədəd şokoladdan yalnız 2-si bağlamadan çıxıb, 1 ədəd isə yoxdur. Məsələ ilə bağlı həm Trendyol, həm də Gömrük orqanlarına müraciət edilsə də, hər iki tərəf məsuliyyəti üzərinə götürməyərək kömək edə bilməyəcəklərini bildirib.
Rauf Bağırov qeyd edib ki, məhsullar ucuz olmadığı üçün bu hal onu daha da narahat edib. O, vətəndaşlara sifarişləri mütləq karqo məntəqəsində açmağı və prosesi video ilə qeydə almağı tövsiyə edib.
Paylaşımda Trendyol üzərindən edilən bəzi sifarişlərdə aldadılma hallarının ola biləcəyi iddia olunur və istifadəçilər daha ehtiyatlı olmağa çağırılır.

Nilay 

Oxşar Xəbərlər