DÜNYA

Dəhşətli qətl: Oğul anasını küçədə güllələdi - FOTO

Küçədə anasını odlu silahla qətlə yetirdi.

"Ölkə.Az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, həyat yoldaşından ayrı yaşayan 40 yaşlı Ayşe O. oğlu tərəfindən qətlə yetirilib.

Anasının yaşadığı küçəyə gələn 22 yaşlı Kamal O. orada onu gözləməyə başlayıb. Qadın evdən çıxan zaman oğlu anasına tapançadan 3 dəfə atəş açaraq hadisə yerindən qaçıb. Lakin çox keçmədən əfradakı polis əməkdaşları tərəfindən saxlanılıb.

Ətrafdakı vətəndaşların köməkliyi ilə hadisə yerinə gələn təcili yardım briqadası qadını  xəstəxanaya aparıb. Yolda ürəyi dayanan qadın həyata qaytarılıb. Lakin həkimlərin səylərinə baxmayaraq Ayşe O. hadisədən bir saat sonra dünyasını dəyişib. 

Araşdırma aparılır.

Oxşar Xəbərlər