SİYASƏT

“Ermənistan ordusunun qalıqları Azərbaycan ərazisindən tam çıxarılmalıdır” - Spiker

"Qazaxıstanda MDB Parlament Assambleyasının 30 illiyinə həsr olunan tədbirlərdə iştirakım çərçivəsində bildirdim ki, Azərbaycan üçtərəfli bəyanata sadiqdir. Ermənistan bu bəyanatın tələblərini yerinə yetirməlidir”.

32gun.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri Azərbaycan ərazisindən tam çıxarılmalıdır: "Azərbaycan Ermənistana münasibətlərin normallaşdırılması ilə bağlı təkliflər göndərib və hazırda İrəvandan cavab gözləyir”.

Oxşar Xəbərlər