"Moskva" belə vuruldu, batdı - TƏFƏRRÜAT (FOTO)
Ukraynanın Silahlı Qüvvələrinin Qara dənizdə Rusiya Federasiyasına məxsus "Moskva" raket kreyserini vuraraq batırması artıq təsdiqləndi.
Odessa vilayət administrasiyasının rəhbəri Maksim Marçenko xüsusi açıqlama yayaraq bildirib ki, "Moskva" kreyseri aldığı raket zərbələrindən sonra iki partlayışa meydan olub, sonuca batıb.
Kreyser Odessa yaxınlığında mövqelənmiş "Neptun" gəmi əleyhinə raket batareyasından buraxılmış iki raketlə vurulub.
"Moskva"nı xilas etmək üçün Rusiyanın Qara Dəniz Hərbi Donanması olay yerinə 4 texniki gəmi yollas da, bu gecə dənizdə tufan olduğundan müvafiq işləri görmək mümkün olmayıb.
Ukraynanın İlan (Zmeinıy) adasından 20 dəniz mili uzaqlıqdakı "Moskva"nın 500 nəfərlik heyəti təxliyə olunub. Onların 54 nəfərini hadisə yerinə yaxınlaşmış Türkiyə gəmiləri xilas ediblər.
Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak da "Moskva"nın batdığını bəyan edib.

RF-nin Qara Dəniz Hərbi Donanmasının flaqmanı olan "Moskva" raket kreyserinin batması Rusiya üçün ciddi itkidir. Gəmi yeni olmasa da, onu əvəzləmək asan deyil. Səbəb trivialdır: Rusiyada hazırda "Moskva" tipli böyük raket kreyserləri imha etmək həddən ziyadə çətindir.
"Moskva"nın vurulması ilə bağlı hadisələrin xronologiyası belədir:
01.00. Rusiya Federasiyasının Müdafiə Nazirliyi "Moskva" kreyserindəki yanğın və sonra döyüş sursatı ehtiyatının partlayışı barədə məlumat yayır: "Yanğının səbəbləri müəyyənləşdirilir".
01.05. "Moskva" kreyserindən SOS siqnalı verilir
01.14. "Moskva"dakı iki partlayış və güclü yanğın nəticəsində kreyser sol böyrü üstə çevrilir
01.47. "Moskva" kreyserində elektrotəminat tamamən yoxa çıxır
02.07. Türkiyə hərbçiləri bildirirlər ki, "Moskva"nın yaxın bir saat ərzində tam batma ehtimalı 99 faizdir
02.48. Türkiyədəki və Rumıniyadakı mənbələr "Moskva"nın batdığını bildirirlər. //milli.az