DÜNYA

Əri ölən qadın 36 il kişi adı altında gizləndi - SƏBƏB

Hindistanda bir kişinin əslində qadın olduğu üzə çıxıb.

Lent.az-ın məlumatına görə Peşiamal adlı qadının toydan 3 həftə sonra əri vəfat edir. 

Qadın cinsi zorakılığa, qısnamaya məruz qalmamaq üçün geyimini, görkəmini və adını dəyişir.   Bundan sonra Mutu adlanan “kişi” qızını normal şəkildə böyüdür, ərə verir. 

Vəziyyət 36 il davam edir. Bu günlərdə isə qadın öz sirrini açıb. Məlum olub ki, hadisəni onun qızı və baldızından başqa heç kim bilmirmiş.

Bu gündən qadın kimi yaşamağa davam edən Mutu adını dəyişməyib. Lakin əsas problem 57 yaşlı qadının pensiya ala bilməməsidir. 

Oxşar Xəbərlər