DÜNYA

Rusiyada bir neçə general SAXLANILDI - aralarında nazir köməkçisi var (FOTOLAR)

Rusiya Daxili İşlər Nazirliyinin üç generalı vəzifə səlahiyyətlərindən sui-istifadə etdiklərinə görə saxlanılıb.

32gun.az "Kommersant"a istinadən xəbər verir ki, saxlanılanlardan biri Rusiya Daxili İşlər Nazirinin köməkçisi, general-leytenant Sergey Umnovdur.

O, müvəqqəti saxlama təcridxanasındadır, bu barədə İctimai Monitorinq Komissiyasının üzvlərinə istinadən xəbər verilir.

Nazir köməkçisi ilə birgə saxlanılan digər generallar - Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin rəisi Aleksey Semenov və Sankt-Peterburq Daxili İşlər Nazirliyinin keçmiş rəis müavini İvan Abakumovdur.

Hər üç general vəzifə səlahiyyətlərindən sui-istifadədə - Rusiya Federasiyası Cinayət Məcəlləsinin 285-ci maddəsi ilə ittiham olunur. İstintaqın məlumatına görə, 2016-2020-ci illər ərzində bu yüksək rütbəli polislər Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin Proqramlarına Yardım Fondunun vəsaiti hesabına əmlak əldə ediblər.

Qeyd edək ki, Sankt-Peterburq generallarının saxlandığı işin 2020-ci ilin iyun ayından araşdırıldığı vurğulanır.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər