DÜNYA

Dünyanın "qara qutusu"nda böyük kəşf: Sərvət tapıldı

Rusiyanın “Rosneft” şirkətinin Şimal Buzlu okeanında kəşf etdiyi neftin miqdarı məlum olub.

32gun.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, Peçora dənizində kəşf edilən neftin miqdarının təqribən 82 milyon ton civarında olduğu güman edilir. Şirkətin açıqlamasına görə, bu kəşf dənizdə neft yataqlarının olduğunu sübut edib. Bölgədə digər neft yataqlarının aşkar edilməsi üçün axtarışlar davam edir.

Qeyd edək ki, dünyanın “qara qutusu” adlandırılan bölgədə axtarışlara baxmayaraq bu günə qədər önəmli həcmdə neft yatağı kəşf edilməmişdi. Şimal Buzlu okeanı gələcəyin ticarət bölgəsi hesab edildiyi üçün dünya ölkələrinin marağındadır. //metbuat.az

Oxşar Xəbərlər