Güllələnən keçmiş baş nazir öldü - VİDEO -YENİLƏNİB
Yaponiyanın sui-qəsdə məruz qalmış sabiq Baş naziri Sindzo Abe vəfat edib.
O, komadan ayıla bilməyib.
***saat 10:13
Xəbərə video əlavə olunub.
***
08:56
Yaponiyanın keçmiş Baş naziri Şinzo Abeni güllələyən şəxsin kimliyi müəyyənləşib.
32gun.az-ın NHK telekanalına istinadla məlumatına görə, o, Nara şəhərinin sakini 41 yaşlı Tetsuya Yamaqamidir.
***
08.27
Şinzo Abenin vəziyyəti barədə ziddiyyətli xəbərlər yayılır.
NHK televiziyası bildirir ki, Abenin ürəyi dayannmış vəziyyətdədir həyat əlaməti yoxdur.
AFP siyasətçinin həyatla ölüm arasında olduğu haqda məlumat verib.
***
07.59
Yaponiya hökuməti Şinzo Abeyə sui-qəsdlə bağlı böhran qərargahı yaradıb.
Baş nazir Fumido Kisida Yamaqata prefekturasına səfərini yarımçıq qoyaraq paytaxt Tokioya qayıdaraq qərargaha rəhbərlik edir.
***
07.27
Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe kütlə qarşısında çıxışı zamanı silahlı hücuma məruz qalıb.
32gun.az-ın “Bloomberg“ə istinadla xəbərinə görə, hadisə Nara şəhərində baş verib. Siyasətçi huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb.
Şahidlərin dediyinıə görə, 2 atəş səsi eşidilib.
Hücumda şübhəli bilinən şəxsi polis saxlayıb.