DÜNYA
Sünnət toyunda 100 nəfər zəhərləndi - FOTO
Bursansanın İnegöl rayonundakı şadlıq sarayında günorta saatlarında təşkil edilən sünnət mərasimində 100 qonaq zəhərlənib.
32gun.az “Ensonhaber”ə istinadən xəbər verir ki, insanlar ürəkbulanma şikayəti ilə xəstəxanaya müraciət edib
Mərasimdə 850 nəfər iştirak edirdi.
100 qonaqdan 40-ı İnegöl Dövlət Xəstəxanasında, 60-ı isə rayondakı özəl xəstəxanalarda müalicə olunub.
Xəstəxanalara müraciət edən qonaqların toyda verilən toyuq düyüdən zəhərləndiyi iddia edilib. //lent