DÜNYA

Həbsxana rəhbərliyi zorlanan dustaqları belə cəzalandırdı

Hadisə 2021-ci ilin oktyabrında ABŞ-ın İndiana ştatında baş verib.

32gun.az-ın BFM TV-yə istinadla xəbərinə görə, gecə saatlarında dustaqlar həbsxananın qadınlar olan seksiyaya girərək 28 qadını zorlayıb. 

Qadlınlar iddia ərizəsində dustaqlarla yanaşı keçmiş nəzarətçini də təqsirləndiriblər. Onlar iddia edirlər ki nəzarətçi açarı min dollara məhkumlaradan birinə satıb.

Bu gün məhkəmədə ifadə verən qadın bildirib ki, onlarla təhlükəsizlik kamerasına rəğmən heç bir mühafizəçi hadisəyə müdaxilə etməyib. 

Qadınların vəkili bildirib ki, hadisədən yalnız bir neçə qadın hamamda gizlənərək canını qurtara bilib. Bundan əlavə, həbsxana rəhbərliyi qadınlara cəza olaraq 3 sutka ərzində seksiyada işıqları söndürməyə icazə verməyib. Onların yataq ləvazimatı və fərdi gigiyena vasitələri yığışdırılıb. Hamilə qalan 3 qadın abort edilib.

Maraqlıdır ki, həmin gecə həbsxana rəhbərliyi realiti şounun çəkilişində iştirak edirdi. //lent

Oxşar Xəbərlər