DÜNYA

Dünyada sadəcə 100 dənə var! Nadir görülən heyvan növü doğuldu

ABŞ-ın Florida ştatındakı zooparkda nadir görülən albinos timsahı doğulub.

32gun.az xarici mediaya istinadən xəbər verir ki, elm adamları, timsahın təxminən 15 santimetr boyunda olduğunu açıqlayıblar.

Zooparkın qurucularından olan Sam Haught bu növdə cəmi 100 albinos timsahının olduğunu bildirib. 

Albinos timsahları vəhşi təbiətdə olduqda, rəngləri ətraf mühitə uyğun olmadığı üçün çox vaxt ovçular tərəfindən asanlıqla nəzərə çarpırlar.

Timsahların bu növü xüsusilə günəşə qarşı həssas olurlar. Həmçinin, onların gözləri kor doğula bilir.

Nurlan Şiraliyev

 

Oxşar Xəbərlər