DÜNYA
Oğlunun yanında çimərlik geyimi ilə şəkil çəkdirən ana tənqid olundu
Avstraliyalı dörd uşaq anası və fitnes fenomeni Sofi Qvidolinin paylaşımı izləyicilər tərəfindən tənqid edilib.
32gun.az xarici mediaya istinadən xəbər verir ki, Sofi Qvidolin 15 yaşlı oğlu üçün ad günü şənliyi təşkil edib.
Belə ki, qadın oğlunun ad günündə çəkdirdiyi fotoda bikinidə poza verdiyi üçün digər valideynlər tərəfindən sərt tənqid olunub.
Sofi tənqidlərə belə cavab verib: "Uşaqlarımın qarşısında bikini geyinməyin yanlış olduğunu düşünmürəm. Əgər mənimlə probleminiz varsa, bunu başqa yollarla bildirməlisiniz".
Nurlan Şiraliyev
