DÜNYA
Bayden pencəyini geyinə bilmədi, arxasındakı əsgər təəccüb içində qaldı (VİDEO)
ABŞ prezidenti Co Bayden növbəti dəfə tənqid hədəfinə çevrilib.
32gun.az xarici mediaya istinadən xəbər verir ki, buna sosial mediada yer alan görüntülər səbəb olub.
Belə ki, görüntülərdə Baydenin helikopterdən endikdən sonra pencəyini geyinə bilməməsi və kömək üçün həyat yoldaşına müraciət etməsi əks olunub.
Bunun ardınca o, eynəyini yerə salıb. Diqqət çəkən digər məqam isə Baydenin dərhal arxasında dayanan əsgərin təəccüblü üz ifadəsi olub.
Qeyd edək ki, 76 yaşlı Co Bayden artıq 2024-cü ildə keçiriləcək prezident seçkilərində növbəti müddətə namizədliyini irəli sürməyi planlaşdırır.
Nurlan Şiraliyev