DÜNYA
Bu ölkədə meymunçiçəyinə yoluxanların sayı kəskin artdı
Türkiyədə meymunçiçəyi virusuna yoluxanların sayı artaraq 11-ə çatıb.
32gun.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir deyib ki, Türkiyə üçün bu xəstəliklə bağlı heç bir epidemiya riski yoxdu. Bunu isə virusun qapalı mühitdə çox yaxın təmas və ya uzunmüddətli təmasla keçməsi ilə izah edib.
F.Koca ötən günlərdə Türkiyədə COVID-19-a yoluxanların sayının yenidən ən yüksək həddə çatdığını xatırladıb. Dediyinə görə, hazırda bu rəqəmlər azalır.
Məktəblərin açılması ilə ölkə üzrə yoluxma hallarının da arta biləcəyini deyən nazir bu rəqəmlərdən asılı olmayaraq təhsil sistemində heç bir ləngimələrin olmayacağını qeyd edib.