Bacısının nalayiq fotolarını görən qardaş dəliyə döndü - Gənc qız özünü 8-ci mərtəbədən atdı (VİDEO)
Əlcəzair əsilli 17 yaşlı Manel Zohaira Bentçikou yaşadığı binanın 8-ci mərtəbəsindən özünü ataraq intihar edib.
32gun.az xarici mediaya istinadən xəbər verir ki, hadisə İstanbulda baş verib.
Binadan atlayan qadın hadisə yerində həyatını itirib.
Gənc qızın ölümü ilə bağlı onun qardaşı saxlanılıb.
Polis tərəfindən aparılan araşdırmada Manel Zohaira Bentçikounun evdə böyük qardaşı Abdulmalek Bentçikou ilə birlikdə yaşadığı, hadisə zamanı isə onların qonşusu Heba Alianın evdə olduğu müəyyən edilib.
Saxlanılan Abdulmalek Bentçikounun polisə verdiyi ifadəsində bacısının telefonunda nalayiq fotolar gördüyünü “Bizim ailədə belə şey olmaz” dediyini, bildirib.
Həmçinin evdə olan Heba Alian şahid qismində polis bölməsinə aparılıb.
Hadisə zamanı binaya sifariş gətirən Süleyman Yıldız olanları belə anladır: "Başımı qaldıranda qışqırıq səsləri eşitdim, aşağı düşürdü. Bu zaman qorxudan qaçdım. Geri qayıdanda, tanınmaz halda idi. Gözümün qabağında oldu".
Nurlan Şiraliyev