DÜNYA

İran Ermənistana yeni elektrik xətti çəkdi

İranın Şərqi Atrpatakan əyalətində Ermənistana yeni elektrik xətti çəkilib. 2000-dən çox enerji layihəsi çərçivəsində elektrik verilişi xətti istifadəyə verilib.

32gun.az  Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "İrna” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, 90 kilometrlik Xeris-Meğri elektrik xətti sayəsində Ermənistana 400 kilovat elektrik enerjisi ixrac etmək mümkün olacaq.

İranda qeyd olunan Hökumət Həftəsi çərçivəsində Təbriz və Şərqi Atrpatakan enerji paylayıcı şirkətləri 2000-dən çox layihə həyata keçirib.

Oxşar Xəbərlər