DÜNYA ÖZ XƏBƏR

Dəhşətli QƏTL: Ana iki günlük körpəsini öldürüb fındıq bağında basdırdı

 

Türkiyənin Ordunə şəhərində dəhşətli hadisə baş verib.

 32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, 12 sentyabr 2022-ci ildə nikahdankənar qız övladı dünyaya gətirən 27 yaşlı Bilge Ç. körpənin bir müddət sonra müayinələri üçün ailə həkimliyinə dəvət edilib.

Dəvətdən sonra Bilge Ç polisə gedərək körpəsinin itdiyini bildirib. Araşdırmaya başlayan polis əməkdaşları körpənin heç bir izinə rast gəlməyib.

Bundan sonra polia geniş tətbiqdə  araşdırmalar aparıb.

Saxlanılan ana Bilge Ç. ifadəsində körpəsini fındıq bağında basdırdığını etiraf edib.

Bağçada axtarış edən polislər, 2 günlük olduğu təsbit edilən qız körpəsinin cəsədini tapıb. Bilge Ç. polis bölməsindəki ifadəsindən sonra "qəsdən adam öldürmə" ittihamı ilə həbs edilib. Ana narəsində ağırlaşdırılmış ömürlük həbs tələb edilib.

 Ordu Respublika Prokurorluğu tərəfindən aparılan istintaqda körpə və Bilge Ç. ilə əlaqəsi olduğu iddia edilən S.Ö.-dən nümunələr götürülüb.
DNT profili müqayisəsi nəticəsində şübhəli S.Ö.-nin anası və atalığının təsdiqləndiyi,  onların körpənin bioloji valideyni olduğu müəyyən edilib.

Ordu 1-ci Ağır Cəza Məhkəməsində “nəsildən olan qohumunu qəsdən öldürmək” ittihamı ilə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilən Bilge. Ç sübutların toplanması, cinayət xarakterinin dəyişmə ehtimalı və həbsdə qaldığı müddət nəzərə alınaraq məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.

Ayxan

Oxşar Xəbərlər